Bolqarıstan “Dünya ölkələrinin iqtisadi azadlığı” reytinqində 37-ci yeri tutub

Bolqarıstan “Dünya ölkələrinin iqtisadi azadlığı” reytinqində 37-ci yeri tutub

Sofiya, 17 sentyabr, AZƏRTAC

“Freyzer” institutunun tərtib etdiyi – “Dünya ölkələrinin iqtisadi azadlığı” reytinqində Bolqarıstan 162 ölkə arasında 37-ci yeri tutub.

AZƏRTAC xəbər verir ki, bu göstərici keçən illə müqayisədə 9 pillə yuxarıdır. Reytinqin liderləri Honkonq, Sinqapur, Yeni Zelandiya, İsveçrə, ABŞ, İrlandiya, Böyük Britaniya, Kanada və Avstraliyadır. Rusiya 85-ci, Moldova 97-ci, Belarus 99-cu yer, Ukrayna isə 135-ci yerə layiq görülüb.

İnstitut siyahını tərtib etdikdə əsas 5 istiqamətə fikir verir. Bunlar hökumətin böyüklüyü, hüquqi sistemin və mülkiyyət hüququnun qorunması, milli valyuta kursu, beynəlxalq ticarət azadlığı və tənzimləməsidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Mənbə: azertag.az