Azərbaycanda taksilərdə iyun ayının 1-dən minimal gedişhaqqının 4 manat 50 qəpik olacağı bildirilir.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan məlumat taksi şirkətlərində çalışan sürücülərə istinadən verilib.
Məsələ ilə bağlı “Bolt” taksi şirkətinə sorğu ünvanladıq.
Şirkətin səlahiyyətli nümayəndəsi məlumatın yalan olduğunu bildirib.
“Uber” taksi şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə saytımıza bildirilib ki, şirkətin baş ofisi bu məlumata şərh verməkdən imtina edib.
Mənbə: bizim.media