"Qara qızıl"ın qazancı - VİDEO

"Qara qızıl"ın qazancı - VİDEO

"Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək". Bunu Prezident İlham Əliyev sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadi sahədə şaxələndirmə yolunu seçsə də, iqtisadiyyatımızda neftin rolu böyükdür.

Ekspertlər də hesab edirlər ki, iqtisadiyyatımızın inkişafında, sosial islahatlarda neftin xüsusi yeri var.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb. Fondun proqnozlarına əsasən, bu ilin sonuna neftin bir barrelinin orta illik qiyməti 63,5 ABŞ dolları təşkil edəcək.

Mənbə: www.realtv.az