“Ötən il bu sektorlarda rəqəmlər hədəflərlə üst-üstə düşməyib”

“Ötən il bu sektorlarda rəqəmlər hədəflərlə üst-üstə düşməyib”

“Düşünürəm ki, bütün qeyd olunan rəqəmlər, müəyyənləşən hədəflər daha əvvəl qəbul edilən dövlət sənədlərindəki hədəflərlə uyğun olmalı və ya buna uyğunlaşdırılmalıdır”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitədə “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Məsələn, 2022-2026-cı il dövlət sosial-iqtisadi strategiyasında aqrar sektorda yaradılan dəyərin hər il 4 % olması, nəqliyyat sektorunda isə orta illik artımın 5 %-i üstələyəcəyi qeyd olunub. Amma 2023-cü ildə nə aqrar sektorda, nə də nəqliyyat sektorunda qeyd olunan rəqəmlər bu hədəflərlə üst-üstə düşüb. Bundan əlavə, strategiyada ortamüddətli hədəf kimi 2022-2026-cı illərdə dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə proqnozları faktiki və proqnoz göstəriciləri arasındakı fərqin 5 % endirilməsi müəyyən olunub. Lakin 2023-cü ildə qeyri-neft sektoru üzrə gəlirlərin artım hissəsi 1 milyard 130 milyon manat təmin olunub ki, bu da fərqdə 7 %-dir. Hesab edirəm ki, hər iki rəqəmin gələcəkdə planlaşdırma zamanı müəyyən olunmasına diqqət yetirilməsi vacibdir” ,- deyə komitə sədri vurğulayıb.

Zaur Mirzə

Mənbə: qafqazinfo.az