Bakının bu rayonunda qaz olmayacaq DİQQƏT!

Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi qəsəbə və yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Maştağa” qaz paylayıcı stansiyasında (QPS) “Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin təmiri və yerinin dəyişdirilməsi işləri ilə əlaqədar iyunun 20-də saat 10:00-dan “Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin Xanlar küçəsinin, Bilgəh Albalılıq və Maştağa Albalılıq yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Mənbə: bizim.media