Turizm və Menecment Universiteti: Tədbirlərin təşkili və idarəçiliyi fənni yeni formatda təqdim olunub

Turizm və Menecment Universiteti: Tədbirlərin təşkili və idarəçiliyi fənni yeni formatda təqdim olunub

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “AATP BA Cohort 2017” qrup tələbələri üçün planlaşdırılan tədbirlərin təşkili və idarəçiliyi fənninin növbəti bölümü yeni formatda - Bakı Konqres Mərkəzi və 5 ulduzlu otellərlə müştərək tədris olunub.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, Bakı Konqres Mərkəzində və müxtəlif otellərdə təşkil olunan dərslər Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin müəllimi, xanım professor Elisabet Hansa tərəfindən aparılıb.

Bakı Konqres Mərkəzindən Nailə Şamxalova, “Boulevard Baku” otelindən Xalidə Babayeva və Sevinc Quliyeva, “Hilton Baku” otelindən isə Səbinə Quliyeva və Xəyalə Əsgərzadə dərsin keyfiyyətli təşkilində və keçirilməsində xüsusi fəallıq göstəriblər.

Dərs çərçivəsində tələbələr məkanların tədbir zallarını ziyarət ediblər. Elisabet Hansa və Azərbaycan üzrə AATP proqram meneceri Humay Cəfərli bildiriblər ki, universitet tələbələri dərs prosesinin əsası sayılan məlumatlardan qrup işlərində lazımınca yararlanıblar.

Mənbə: azertag.az