Almaniyanın ixracı üzrə proqnoz pisləşdi

Almaniyanın ixracı üzrə proqnoz pisləşdi

Almaniya Xarici Ticarət Birliyi (BGA), ölkənin ixracının artımına dair proqnozunu ABŞ-ın qlobal ticarət siyasətləri və Brexit-ə görə azaldıb.

"Marja" xəbər verir ki, BGA, Almaniyanın ixracına dair artım proqnozunu 1,5%-dən 0,5%-ə endirib.

Birlik, proqnozun azaldılmasına "ABŞ-ın qlobal ticarət siyasətlərini və Brexit-i" səbəb kimi göstərib.

Almaniyanın idxalının bu il 2 faiz azalacağını qeyd edən BGA, ölkənin qlobal ticarət vəziyyətinin isə ən tez 2020-ci ilin ikinci yarısında düzələcəyini nəzərdə tutur.

Birlik, Brexit-in, Almaniya şirkətlər üçün uzunmüddətli planlaşdırmanı imkansız hala gətirdiyini qeyd edərək, ölkənin Brexit prosesindən ən çox zərər görən ölkələrdən biri olduğunu qeyd edib.

Almaniya Federal Statistika Komitəsinin (Destatis) məlumatlarına görə, ölkənin 2018-ci ildə ixracı 3 faiz artaraq 1 trilyon 317 milyard avro ilə rekord qırmışdı. Ölkənin həmin dövrdəki idxalı 1 trilyon 90 milyard avro, xarici ticarət saldosu isə 227 milyard 800 milyon avro təşkil etmişdi.

Ölkənin bu ilin ilk 7 ayındakı ixracı 2018-in eyni dövrünə nisbətən 1 faiz artaraq 781,3 milyard avroya yüksəlib, idxalı 2,5 faiz azalaraq təxminən 650,2 milyard avroya düşüb. Beləliklə, ölkənin xarici ticarət artıqlığı (profisiti) bu ilin ilk 7 ayında 131,1 milyard avro olub.

Mənbə: marja.az