Bu il BTC kəməri ilə dünya bazarına 1,5 mln. tondan çox Qazaxıstan nefti nəql edilib

Bu il BTC kəməri ilə dünya bazarına 1,5 mln. tondan çox Qazaxıstan nefti nəql edilib

Cari ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri ilə 1,5 mln. tondan çox Qazaxıstan nefti dünya bazarına nəql edilib.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 16-ci iclasında çıxış edən Azərbaycanın Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, 2017-ci il ərzində bu göstərici 180 min ton, 2018-ci ildə isə “SOCAR Trading” şirkəti tərəfindən dünya bazarına 1,6 mln. ton Qazaxıstan nefti nəql olunub.

Mənbə: apa.az