Azərbaycan ölkədə AES-in inşası ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir

Azərbaycan ölkədə AES-in inşası ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir

Azərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: "Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçiririk. Amma konkret bir şey demək hələ tezdir".

Mənbə: apa.az