Bakıda məşhur restoranın qarşısındakı parklanma xaosu aradan qaldırıldı

Bakıda məşhur restoranın qarşısındakı parklanma xaosu aradan qaldırıldı

Paytaxtın Mirzəağa Əliyev küçəsində yerləşən "Shaurma N1" restoranının önündə yaranan parklanma xaosu aradan qaldırılıb.

Sözügedən ərazidə sürücülər dayanma-durma qaydasını kütləvi şəkildə pozurdular.

Ərazidə xoşagəlməz mənzərə artıq aradan qalxıb.

Bundan savayı, Yol Patrul Xidmətinin əməkdaşları ərazidə hərəkətin nizamlanmasını təmin edirlər.

Mənbə: oxu.az