Sabah Samuxun 4 yaşayış məntəqəsinin təbii qaz təminatında fasilələr olacaq

Sabah Samuxun 4 yaşayış məntəqəsinin təbii qaz təminatında fasilələr olacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Samux rayonunun 4 yaşayış məntəqəsinin qaz təminatında fasilələr olacaq. Bu müddət ərzində “Samux Əhali” ölçü qovşağından qidalanan qaz xətlərində texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı işlər icra olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Mənbə: azertag.az