Türkiyənin Tekirdağ şəhərində təbii qaz hasilatına başlanılıb

Türkiyənin Tekirdağ şəhərində təbii qaz hasilatına başlanılıb

İstanbul, 9 oktyabr, AZƏRTAC

Türkiyənin Tekirdağ şəhərinin Kapaklı rayonunda, Türkiyə Neftləri Anonim Ortaqlığı Şirkətinə aid Kazak gölü ərazisində təbii qaz hasilatına başlanıb.

AZƏRTAC xəbər verir ki, bu ərazidə təbii qazın əldə edilməsi istiqamətində aparılan işlərin nəticəsi olaraq bölgədə ilk təbii qaz alovu görünüb.

Bu barədə məlumat verən Kapaklı Bələdiyyəsinin sədri Mustafa Çetin Kazak bu istiqamətdə rayonun üç bölgəsində işlərin davam etdirildiyini bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az