9 aylıq notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

9 aylıq notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

11 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli – 9 aylıq notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si

50402676S

Hərraca çıxarılan həcm

30 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

252 gün

Ödəmə tarixi

                                    22.06.2020

Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Hər bir üzv tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Mənbə: marja.az