Qlobal Rəqabətlilik Hesabatı - 2019 - Azərbaycan 11 pillə irəliləyərək 58-ci yeri tutub - VİDEO

Qlobal Rəqabətlilik Hesabatı - 2019 - Azərbaycan 11 pillə irəliləyərək 58-ci yeri tutub - VİDEO

Qlobal Rəqabətlilik Hesabatı 12 istiqaməti əks etdirməklə iqtisadi və sosial sferanın bütün sahələrini özündə əsk etdirir. Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək Cənubi Qafqaz ölkələri arasında lider, MDB ölkələri arasında isə Rusiya və Qazaxıstanla birlikdə ilk üçlükdədir. Azərbaycan əsas irəliləyişi infrastruktur, əmtəə bazarı, makroiqtisadi sabitlik, əmək bazarı indikatorları üzrə əldə edib.

Hazırda dünyada beynəlxalq təşkilatlar, investorlar və analitiklər tərəfindən daim izlənilən və hər hansı ölkə haqqında fikir formalaşdırmağa əsas verən iki mühim reyinq mövcuddur. Bunlar Dünya bankının Doing Biznes hesabatı və Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksidir. Azərbaycanın hər iki reytinqdə yüksək mövqe tutmasının böyük əhəmiyyət kəsb etdiyi bildirilir.

Qeyd edək ki, Qlobal Rəqabətlilik Hesabatında ilk yeri Sinqapur tutur. Sonrakı sıralarda ABŞ, Honkonq, Niderland və İsveçrə gəlir. Ermənistan reytinqdə 69-cu, Gürcüstan isə 74-cü pillədə qərarlaşıb.

Səbuhi Turan

ATV.az

Mənbə: www.atv.az