Sığorta şirkətinin sədr müavini - İŞDƏN ÇIXARILDI

Sığorta şirkətinin sədr müavini - İŞDƏN ÇIXARILDI

Sığorta şirkətinin sədr müavini işdən çıxarılıb.

“Standart İnsurance” sığorta şirkətinin idarə heyəti sədrinin birinci müavini Tural Əsgərov işdən kənarlaşdırılıb. Regionxeberleri.com FED.az-a istinadən xəbər verir ki, bu barədə qərar şirkətin müşahidə şurasının dünən keçirilən iclasında qəbul edilib. Şuranın qərarına görə Tural Əsgərov işdən azad edilib. Hələlik onun yerinə təyinatla bağlı məlumat verilməyib.

Maliyyə Bazarına Nəzarət Palatasından FED.az-a bu xəbəri təstiqləyiblər.

Xatırladaq ki, Tural Əsgərov “Standart İnsurance” şirkətinin idarə heyətinin birinci müavini vəzifəsinə bir qədər əvvəl təyin olunmuşdu.

Mənbə: www.regionxeberleri.com