Professor Azərbaycanın qlobal rəqabətə davamlıq reytinqində irəliləməsini şərh edir

Professor Azərbaycanın qlobal rəqabətə davamlıq reytinqində irəliləməsini şərh edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, reytinqlərin real iqtisadi durumu nə qədər obyektiv əks etdiyi ilə bağlı müəyyən suallar var

Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində 11 pillə irəliləyib. Azərbaycan hazırda 62,7 bal ilə (2,7 bənd əlavə edib) reytinq siyahısında 58-ci yeri tutur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın qlobal rəqabətə davamlılıq reytinqində irəliləməsi ölkədə həyata keçirilən institusional islahatlarla bağlıdır:

“Amma bütövlükdə hansısa beynəlxalq reytinqdə irəliləməni makroiqtisadi idarəetmənin başlıca hədəfinə çevirmək düzgün olmazdı. Bu reytinqlərin özlərində də müəyyən problemli məqamlar var. Reytinqlərin real iqtisadi durumu nə qədər obyektiv əks etdiyi ilə bağlı müəyyən suallar var. Ona görə də Azərbaycan iqtisadiyyatının idarə edilməsi baxımından bu reytinqlərin müstəsna rolunun olduğunu düşünmürəm. Xarici investorların ölkəyə cəlb olunması üçün belə reytinqlərin müsbət dinamikası lazımdır”.

Əlavə edək ki, qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur və ölkələri dördüncü sənaye inqilabına hazırlıq səviyyəsinin ölçüsüdür.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Mənbə: sputnik.az