Qaradağ rayonunda qaz təchizatında fasilələr yaranacaq

Qaradağ rayonunda qaz təchizatında fasilələr yaranacaq

Bakının Qaradağ rayonunda qaz təchizatında fasilələr yaranacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq. Bu zaman “Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.

Mənbə: apa.az