Quş ətini niyə xaricdən idxal edirik? - SƏBƏBLƏR

Dağıstanın “Batır Broyler” müəssisəsi Moskvada keçirilən “Qızıl payız 2019” aqrosənaye sərgisi çərçivəsində Azərbaycana quş ətinin tədarükü haqqında saziş imzalayıb.

Saziş Azərbaycanın “Veysəloğlu” şirkəti ilə imzalanıb.

Sazişə əsasən, “Batır Broyler” Azərbaycana ildə 2,4 min ton quş əti tədarük etmək niyyətindədir.

Lakin Azərbaycan Quşçular Cəmiyyətindən ölkənin quş ətinə olan təminatı yerli istehsal hesabına ödənildiyi bildirilmişdi.

Cebhe.info-ya açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkəyə idxal olunacaq quş ətinin tələblə əlaqəli olmadığını deyib.

Onun sözlərinə görə, Dağıstandan Azərbaycana quş ətinin idxal olunması MDB məkanına daxil olan ölkələr arasında gömrük rüsumunun olmamasıdır:

“İdxal olunan quş ətinin yerli istehsal hesabına olan təminatla heç bir əlaqəsi yoxdur. Yəni yerli istehsal hesabına əhalinin tələbi həmişə 100% təmin olunub. Buna baxmayaraq yenə də xaricdən quş əti gətirirlər. Səbəb isə MDB məkanına daxil olan dövlətlər arasında gömrük rüsumunun olmamasıdır. Yəni dövlətin gömrüklə bağlı qəbul etdiyi qərar və sərəncamlar gömrük rüsumuna təsir etmir. Bizdə də fərdi şirkətlər bundan istifadə edərək ölkəyə quş əti gətirirlər. Lakin bu yerli istehsal hesabına bazara çıxarılan quş ətinin qiymətinə təsir etmir”.

Əli Bədir
Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Trampdan yeni Türkiyə mesajı: “Böyük sanksiyalar gəlir”

SONRAKI XƏBƏR

Paşinyanların eyforiya dövrü bitdi... İndi “oyuncaqları” bir-bir qaytarmaq vaxtıdır...