Hesabat verməyən transmilli şirkətlərə maliyyə sanksiyalarının tətbiq edilməsi planlaşdırılır

Hesabat verməyən transmilli şirkətlərə maliyyə sanksiyalarının tətbiq edilməsi planlaşdırılır

Azərbaycan hökuməti transmilli şirkətlərin Azərbaycandakı rezidentlərinə tələb olunan elektron hesabatın təqdim edilməməsinə görə maliyyə sanksiyaları tətbiq etməyi planlaşdırır.

Bu, baxılmaq üçün Milli Məclisə təqdim olunmuş Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.

Layihəyə əsasən, bu rezidentlər elektron hesabatın vaxtında və tam verilməməsinə görə 500 manat məbləğində cərimələnəcəklər.

Dəyişikliklər parlament tərəfindən qəbul olunacağı halda 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minəcək.

Mənbə: marja.az