Neft 2 faiz bahalaşdı

Neft 2 faiz bahalaşdı

ABŞ-da neft ehtiyatlarının ötən həftə azalması ilə əlaqədar olaraq neft qiymətləri yüksəlib.

"Marja" xəbər verir ki, Brent neftinin qiyməti yenidən 60 dolları keçib.

Bakı vaxtı saat 21:55-də Brent nefti 2% bahalaşma ilə 60,90 dollardan alıcı tapıb.

Digər bir məlumata görə, OPEC və tərəfdaşarı Dekabr toplantısında istehsalın daha çox azaldılmasını qiymətləndirəcəklər.

Ötən həftə ABŞ-da bazalarda neft ehtiyatları 0,9 milyon barel azalıb. Ehtiyatların artacağı gözlənirdi.

Mənbə: marja.az