Bu ilin yanvar-iyul aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 383,3 mln. manat xərcləyib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 38,2% artıb. Təkcə ötən ay əhaliyə 63,7 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da iyun ayı ilə müqayisədə 12,3% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Mənbə: apa.az