Gələn il Azərbaycan Sənaye Korporasiyasına daxil olan törəmə müəssisələrin inkişaf strategiyası hazırlanacaq

Gələn il Azərbaycan Sənaye Korporasiyasına daxil olan törəmə müəssisələrin inkişaf strategiyası hazırlanacaq

Bakı, 8 noyabr, AZƏRTAC

2020-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibinə daxil olan törəmə müəssisələrin inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib.

“Bu istiqamətdə ciddi iş aparılır. ASC-nin tərkibinə bir sıra sahələrdə fəaliyyət göstərən müəssisələr daxildir. Bu strategiya müxtəlif istiqamətlər üzrə hazırlanacaq və hökumətə təqdim olunacaq”, - deyə K.Nəbizadə qeyd edib.

Mənbə: azertag.az