Nəsib Məhəməliyev: "Neft daşlarında ən yüksək standartlara cavab verən şərait yaradılıb"

Nəsib Məhəməliyev: "Neft daşlarında ən yüksək standartlara cavab verən şərait yaradılıb"

"Neft Daşları"nın yaranmasından 70 il ötür. "Neft Daşları"nı el arasında "dünyanın səkkizinci möcüzəsi" də adlandırırlar.

Hər bir ölkənin, şəhərin özünəməxsus simvolları mövcuddur. "Neft Daşları" da Azərbaycanın əsas simvollarından biridir".

Bu sözləri "Finans.az"a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili qeyd edib ki, neftçilərin çəkdiyi zəhmət ən yüksək hörmətə layiqdir.

"Yaranma tarixinə nəzər saldıqda, nefçilərimizin hansı çətinliklərin öhdəsindən gəldikləri, son dərəcə mürəkkəb iqlim şəraitində, küləkli dənizdə, qasırğada həyatlarını riskə ataraq suların dərinliyindən neft çıxarmaları ən yüksək hörmətə layiqdir. Ələlxüsus, kifayət qədər texnikanın, texnologiyanın olmadığı dövrdə "Neft Daşları"nda dəniz neftçilərinin kütləvi həlak olması, yanğın, hadisələri də baş verib.

Ancaq müstəqilliyimiz bərpa olunandan sonra, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının icrasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə, "Neft Daşları"nın timsalında gözəl, hər tərəfli inkişaf etmiş, müasir ,neftçilərin həm işləmək, həm də istirahət etmələri üçün ən yüksək standartlara cavab verən şərait yaradılıb. Ölkəmizə gələn bir çox dövlət və hökumət başçıları dənizin ortasında yaradılmış bu gözəllikləri gördükdə heyrətlərini gizlədə bilmirlər.

Neftin Azərbaycan iqtisadiyyatındakı rolu bütün dünyaya bəllidir. O baxımdan, "Neft Daşları"nın iqtisadiyyatımızdakı rolu iqtisadiyyatımızın, sosial siyasətimizin, təhsilimizin, səhiyyəmizin, ordumuzun, cəmiyyətimizin bütün sahələrinin, bütövlükdə ölkəmizin inkişafı deməkdir",- millət vəkili vurğulayıb.

www.ann.az

Mənbə: ann.az