Metroya yeni qatar gələn ilin fevralında gətiriləcək

Metroya yeni qatar gələn ilin fevralında gətiriləcək

Bakı. Trend:

"Bakı Metropoliteni" qarşıdakı 3 il ərzində 60 yeni vaqonun alınması ilə bağlı müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, növbəti yeni qatar gələn ilin fevralında gətiriləcək:

"Hər il 20 yeni vaqon gətiriləcək və ilk qatar 2020-ci ilin fevralında Bakıya çatdırılacaq".

Mənbə: az.trend.az