ADB və KfW birgə maliyyələşdirmə tərəfdaşlığını genişləndirirlər

Asiya İnkişaf Bankı (ADB) və Almaniya İnkişaf Bankı (KfW) birgə maliyyələşdirmə tərəfdaşlığını əlavə 2 mlrd. ABŞ dolları ilə genişləndirirlər. Bu vəsait bankların Asiya regionunda tərəfdaş ölkələrində həyata keçirilən layihələrə yönəldiləcək.

"APA-Economics"in ADB-yə istinadən verdiyi məlumata görə, birgə maliyyələşdirmə ilə bağlı yenidən işlənmiş anlaşma memorandumunu ADB-nin vitse-prezidenti Əhməd M. Səid, KfW-nin Avropa və Asiya üzrə İdarəetmə Komitəsinin üzvü Stefan Opitz və KfW-nin Şərqi və Cənub-Şərqi Asiya üzrə regional meneceri xanım Ulrayk Lasman tərəfindən Manila şəhərində imzalanıb.

Qeyd edək ki, əlavə vəsaitlər 2014-cü ildə yaradılan və 2017-ci ildə əlavə 2 mlrd. dollar ilə yenilənmiş uğurlu 2 mlrd. dollarlıq birgə maliyyələşdirmə tərəfdaşlığına əsaslanacaq. 2014-cü ildən indiyədək sözügedən bankların tərəfdaşlığı təhsil, enerji, səhiyyə, sənaye və ticarət, habelə dövlət sektorunun idarə edilməsinə yönəlmiş 14 maliyyələşdirilən layihənin yaradılmasına imkan verib. KfW-nin bu layihələr üçün 4 mlrd. dollar, ADB isə 5,8 mlrd. dollar vəsait yönəldib.

Ümumilikdə, Almaniya ADB-nin layihələrinin ikinci ən böyük ikitərəfli maliyyələşdiricisidir. KfW-dən əlavə maliyyələşdirmə ADB-yə 2030-cu ilə qədər illik 1,7 trln. dollar səviyyəsində qiymətləndirilən bölgənin geniş infrastruktur ehtiyaclarını həll etməyə kömək edəcək.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya XİN başçısı Ermənistanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

SONRAKI XƏBƏR

Zaxarova: "Lavrovun İrəvanda keçirəcəyi görüşlərdə Qarabağ münaqişəsinin nizamlanması diqqət mərkəzində olacaq"