Gələn il metronun "Həzi Aslanov" stansiyası əsaslı təmir olunacaq

Gələn il metronun "Həzi Aslanov" stansiyasının əsaslı təmirinə başlanılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda layihə smetasının hazırlanması işləri aparılır.

"Yaxın gələcəkdə həmçinin “Nizami” stansiyasının da eskalatorlarının dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq. Bundan başqa, digər texniki istismara bağlı işlərimiz də var ki, onlar da yerinə yetiriləcək", - deyə Ə. Osmanov qeyd edib.

Qeyd edək ki, "Həzi Aslanov" stansiyası 2020-ci ilin dekabr ayında istifadəyə verilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bu istiqamətdə yeni qatarlar istifadəyə veriləcək

SONRAKI XƏBƏR

Oqtay Gülalıyev suni nəfəs aparatından ayrılıb