Bakı metrosunda diferensial ödəniş sistemi tətbiq oluna bilər

Bakı metrosunda diferensial ödəniş sistemi tətbiq oluna bilər

Gələcəkdə, Bakı metrosunda nəzərdə tutulan 76 stansiyasının tikintisi başa çatdırandan sonra diferensial ödəniş sistemi tətbiq oluna bilər.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onunu sözlərinə görə, bu gün isə Bakı metrosu o qədər də uzun mənzilli metropoliten deyil ki, orada bu sistem tətbiq olunsun.

“Bu gün bu, əhəmiyyətsizdir, çünki sərnişinlərin əksəriyyəti eyni məsafəni gedir”, - deyə Ə. Osmanov qeyd edib.

QSC-nin baş mühəndisi metroda gediş haqqının dəyişməsinə dair fikir bildirərək qeyd edib ki, yaxın vaxtlarda gediş haqqının artırılması gözlənilmir: “Bakı metropoliteni MDB ölkələri daxilində, dünya metropolitenləri daxilində gediş haqqına görə ən ucuz metropolitendir. Bu gün təyin olunan 0,30 manat gediş haqqı bir sərnişinə çəkilən xərcin 60%-ni təşkil edir”.

Mənbə: apa.az