Milyarderlərin sərvəti 8,5 trilyon azaldı

Dünyadakı milyarderlərin sərvəti 2018-ci ildə 8,5 trilyon dollar azalıb.

Axar.az xəbər verir ki, bu məlumatı İsveçrənin UBS bankı yayıb. Məlumata görə, azalmaya səbəb güclü dollar və fond bazarlarındakı volatillik olub.

Keçən 5 il ərzində dünyadakı qadın milyarderlərin sayının 46% artdığı bildirilib.

UBS-in top menecerlərindən biri olan Cozef Stadler 5 illik milyarder bumundan sonra hazırda korreksiyanın yaşandığını vurğulayıb:

“Daha güclü dollar fond bazarlarındakı böyük qeyri-müəyyənliklə birləşərək, sərt geosiyasi mühitdə bu geriləmə üçün şərait yaradıb. Bununla belə aydındır ki, milyarderlərin biznesi çiçəklənməyə davam edir”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda kran aşdı - VİDEO

SONRAKI XƏBƏR

ABŞ HHQ ilk dəfə B-52 bombardmançısını Yunanıstana yerləşdirib