UniCredit: Fed-in söylədiyindən daha çox faiz endirəcəyini düşünürük

UniCredit: Fed-in söylədiyindən daha çox faiz endirəcəyini düşünürük

"UniCredit Group"un baş iqtisadçısı Erik Nielsen, "Bloomberg Television"da ABŞ Mərkəzi Bankının (Fed) gələcək addımlarına bağlı proqnozunu açıqlayıb.

"Marja" xəbər verir ki, Nielsen, Fed-in erkəndən sürətlicə hərəkətə keçərək, ABŞ iqtisadiyyatındakı yavaşlamanın qarşısını almasının təqdiri layiq olduğunu söyləyib.

Nielsen, "Biz "UniCredit" olaraq Fed-in bu anda söylədiyindən çox daha çox faiz endirəcəyini düşünürük. Ehtimalla Fed daha 3 ya da 4 dəfədə olmaqla cəmi 100 bənd də faiz endirəcək. Ancaq pilləli olacaq" deyib.

30 Oktyabrda Fed faizləri 1,75% - 2.00% aralığından 1.50% - 1.75% aralığına endirib. Fed İyul iclasında faizləri 25 bənd azaldaraq 2,25% - 2,50% aralığından 2% - 2,25% aralığına, Sentyabr ayındakı iclasında isə 25 bənd azaldılaraq 2% - 2,25% aralığından 1,75% - 2% aralığına endirmişdi.

Bir sıra iqtisadçılar faizlərinin neytral səviyyədə olduğunu və Fed-in bir müddət gözləyib vəziyyəti müşahidə edəcəyini bildirirlər.

Mənbə: marja.az