Moskva aeroportlarında 45 reys təxirə salınıb

Moskva aeroportlarında 45 reys təxirə salınıb

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında 45 reys təxirə salınıb və ya gecikir. Azvision.az xəbər verir ki, bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib. Məlumata əsasən, Vnukova hava limanında 15 reys gecikir.

Domodedovoda 7 reys gecikir, 8 reys ləğv edilib, Şerementyevoda isə 15 reys gecikmə ilə həyata keçiriləcək. Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur.

Ümumilikdə gecikmələrin səbəbi açıqlanmayıb.

Mənbə: azvision.az