Nazirlikdə ictimai müzakirə keçirilib

Nazirlikdə ictimai müzakirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində pensiya sistemi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələlərinə dair ictimai müzakirə təşkil olunub.

Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə pensiya təminatı sahəsində aparılan islahatlar barədə məlumat verilib. Bu islahat tədbirlərinin hazırlanması və həyata keçirilməsi işlərində vətəndaş cəmiyyətlərinin fəal iştirakına şərait yaradılmasının diqqətdə saxlandığı vurğulanıb. QHT nümayəndələri belə ictimai müzakirələrin təşkilinin sosial sahədə islahatlar prosesində müsbət nəticələrə nail olunmasında əhəmiyyətini vurğulayıb.

Görüşdə mövzu ətrafında müzakirələr aparılıb. Pensiya təminatının yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlər qeyd edilib, bu sahənin inkişaf perspektivləri və müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərinə dair təklif və tövsiyələr irəli sürülüb.

Mənbə: azvision.az