Gürcüstanın turizmdən gəliri artıb –Milli Turizm Administrasiyası

Gürcüstanın turizmdən gəliri artıb –Milli Turizm Administrasiyası

Gürcüstanın bu ilin yanvar-oktyabr aylarında xarici turizmdən əldə etdiyi gəlir 2,8 milyard dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə gəlir 25 milyon dollar və ya 0,9% artıb.

Bu ilin I və II rüblərində turizmdən Gürcüstan büdcəsinə daxilolmalar ÜDM-də 7,7% pay təşkil edib ki, bu da ötən illə müqayisədə 19,7% çoxdur. (report)

Mənbə: strateq.az