Bakıda Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bakıda Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Noyabrın 13-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.

"APA-Economics"in Azərbaycan İqtisadiyyat Nazirliyinı istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində BƏƏ nümayəndə heyətinin Azərbaycanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

Mənbə: apa.az