İranın Fordo müəssisəsi uranı 20%-ə qədər zənginləşdirəcək

İranın Fordo müəssisəsi uranı 20%-ə qədər zənginləşdirəcək

İranın Fordo müəssisəsi uranı 20%-ə qədər zənginləşdirməyə hazırdır.

APA-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə müəssisənin direktoru Şahid Əli Məhəmmədi bildirib.

Onun sözlərinə görə, artıq müəssisədə uranın zənginləşdirilməsi ilə bağlı cihazlar işə salınıb və yaxın gələcəkdə əlavə mexanizmlər istismara veriləcək.

Direktor deyib ki, Nətənzdakı obyektin göstəriciləri Fordo müəssisəsindən 17 dəfə güclüdür.

Noyabrın 9-da hökumət tərəfindən İranın Atom Enerjisi Təşkilatına Fordo müəssisəsində uranı 5%-ə qədər zənginləşdirmək haqda icazə verilib.

Mənbə: apa.az