“Azəristiliktəchizat” ASC 2005-2019-cu illərdə 300-dək layihə icra edib

“Azəristiliktəchizat” ASC 2005-2019-cu illərdə 300-dək layihə icra edib

Bakı, 14 noyabr, AZƏRTAC

2005-2019-cu illərdə respublikada 172 istilik mənbəyi quraşdırlıb və 109 qazanxana modernləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev noyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

“Bu müddət ərzində 300-dək layihə icra olunub. ASC kaskad tipli kombilərin quraşdırılması ilə bağlı qabaqcıl təcrübəni öyrənərək bu müasir texnikanı bir sıra obyektdə quraşdırıb”, - deyə o bildirib.

Mənbə: azertag.az