“Cəsarətli addım atmaq lazımdır”

“Cəsarətli addım atmaq lazımdır”

“Sahibkarlığın inkişafı üçün birinci məhkəmə islahatı həyata keçirilməlidir. İslahatlar barədə qərardan yeddi ay keçib və amma hələ bu təkliflərdən bir xəbər yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Fazil Mustafa parlamentdə çıxış edərkən deyib.

Spiker Oqtay Əsədov deputata cavab olaraq bildirib ki, məhkəmə islahatları ilə bağlı qanun layihəsi parlamentə daxil olub: “Bu qanun layihəsi büdcədən sonra müzakirəyə çıxarılacaq. Kim deyir ki, parlamentə gəlməyib?”

Daha sonra çıxışına davam edən F. Mustafa təklif edib ki, kitab və çap məhsulları ƏDV-dən azad edilsin: “Kitab və çap məhsulları ƏDV-dən azad olunmalıdır. Türkiyədə, Gürcüstanda bu aradan qaldırıldı. 18 faiz böyük rəqəmdir. Gürcüstanın iqtisadi imkanları bizdən güclü deyil ki? Bu olsa, pirat kitablar ortadan qalxacaq, kitabların qiyməti düşəcək. Burada cəsarətli addım atmaq lazımdır.

***

Deputat Qənirə Paşayeva və Əflatun Amaşov da kitab və çap məhsullarının ƏDV-dən azad edilməsini təklif edib.

Günel Türksoy

Mənbə: qafqazinfo.az