Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.
"APA-Economics" xəbər verir ki, nazir bu barədə "Facebook" hesabında yazıb.
O bildirib ki, görüşdə əqli mülkiyyət hüquqlarına, kibertəhlükəsizliyə, innovasiyalara dair fikir mübadiləsi aparılıb.
"Görüşdə ABŞ şirkətləri ilə İKT sahəsində əməkdaşlıq imkanlarını, xüsusilə də Azərbaycanda elmi tədqiqat mərkəzlərinin yaradılması perspektivlərini müzakirə etdik", - nazir qeyd edib.
Mənbə: apa.az