Heç kim onu tanımır, amma qiyməti qəfil qalxdı

Heç kim onu tanımır, amma qiyməti qəfil qalxdı

Koinin ümumi kapitallaşması 244 milyon dollar təşkil edib, bu göstərici ilə aktivi isə ən iri kriptovalyutalar arasında 33-cü yerə yüksəlib

"BLOCKv" tokeninin qiyməti 1 saat ərzində 7,5 min faiz qalxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Coinmarketcap-ın məlumatlarından bəlli olub.

Bakı vaxtı ilə saat 18:00 üçün bu valyutanın qiyməti 0.088 ABŞ dolları həddində qiymətləndirilib. Altkoinlə ticarət həcmi isə 18.8 min faiz artıb - təxminən 66 min dollar.

Koinin ümumi kapitallaşması 244 milyon dollar təşkil edib, bu göstərici ilə aktivi isə ən iri kriptovalyutalar arasında 33-cü yerə yüksəlib.

"BLOCKv"nin əsas ticarət həcmi (99.8 faiz) ChainX platformasının payına düşür. Altkoinin "partlayışı" məhz burada qeydə alınıb - bu platformada məzənnələr digərlərinə nisbətdə xeyli fərqlidir. Rəqəmsal aktiv həmçinin iri Bitfinex və Bittrex birjalarında da təmsil olunub.

Mənbə: sputnik.az