Rusiyanın "Aeroflot" hava yolları şirkəti Moskvadan Türkiyəyə əlavə uçuşlara başlayır.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə aviaşirkətin rəsmi nümayəndəsi Mixail Demin bildirib.
Onun sözlərinə görə, "Aeroflot" iyunun 25-dən etibarən Türkiyəyə əlavə uçuşlar açacaq. Gün ərzində İstanbula iki, Antalya, Bodrum və Dalamana gündə bir uçuş həyata keçiriləcək.
Hazırda aviaşirkət Moskva - İstanbul marşrutu ilə həftədə iki uçuş həyata keçirir.
Mənbə: apa.az