"Zenith Energy" Azərbaycanda satdığı neftin həcmini açıqlayıb

"Zenith Energy" Azərbaycanda satdığı neftin həcmini açıqlayıb

Kanadanın “Zenith Energy” şirkəti bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandakı neft hasilatının həcmini açıqlayıb.

“APA-Economics”in şirkətə istinadən verdiyi məlumata görə, hesabat dövründə “Zenith Energy” Azərbaycandakı aktivlərindən 57,829 barel neft satıb.

Qeyd edək ki, şirkət 31 dekabr 2019-cu ilədək neft hasilatını gündəlik 1 000 barelə qaldırmağı planlaşdırır.

“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) sazişin 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanandan sonra bu yataqlarda “Zenith” şirkəti 80%-lik, SOCAR isə 20%-lik iştirak payına malik olub.

“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci ildə, “Cəfərli” yatağı 1984-cü ildə, “Zərdab” yatağı 1981-ci ildə kəşf edilib.

Mənbə: apa.az