Ağstafanın Xətai kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər.
“Qafqazinfo”nun məlumatına görə, iki mindən çox əhalisi, 420 təsərrüfatı olan kəndin İrəvanlılar küçəsi kimi tanınan yaşayış massivi uzun illərdir ki, bu problemi yaşayır.
Sakinlər bildirir ki, suvarma suyunun olmaması səbəbindən həyətlərindəki ağaclar quruyur. Onların sözlərinə görə, içməli suyu isə pulla alırlar:
“Məktəbin yanında artezian quyusu var idi. O, bütün kəndə kifayət edirdi. İndi yaşlı qadınlar araba ilə su daşımaq məcburiyyətində qalıblar. Götürüb satıblar, 31 ildir nə içməli suyumuz var, nə də suvarma suyumuz”, - deyə şikayətçi narazılıq bildirib.
Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, içməli su sistemi mövcud olmayan bu ərazidə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.
Suvarma məsələsinə gəldikdə, Regional Su Meliorasiya Xidməti bunun üçün quyudan çəkilən arxların bələdiyyənin balansında olduğunu qeyd edib.
Ağstafa rayonunun Xətai kənd bələdiyyəsindən isə məsələ ilə bağlı heç bir mövqe bildirilməyib.
Ətraflı Baku TV-nin videomaterialında:
Mənbə: qafqazinfo.az