“4S” şirkəti Almaniyada sərgiyə qatılıb - FOTO

“4S” şirkəti Almaniyada sərgiyə qatılıb - FOTO

Almaniyanın Hannover şəhərində əhatə dairəsi və təqdim olunan yeniliklərin həcminə görə dünyanın ən böyük sərgilərindən sayılan “Agritechnica-2019” Beynəlxalq Kənd Təsərrüfatı Texnika və Avadanlıqları sərgisi keçirilib.

“Claas”, “Limken”, “Amazone”, “Lindsay”, “Siloking”, “Moro Arati”, “UNIA” kimi nəhəng şirkətlərin Azərbaycanda rəsmi tərəfdaşı olan “4S” şirkətinin nümayəndə heyəti sərgidə aktiv iştirak edərək, innovativ yeniliklərlə yaxından tanış olub.

“4S” LLC-nin direktoru Elxan Ələkbərov sərgi çərçivəsində aktiv görüşlər keçirərək, dünyada təqdim edilən ən son innovativ yeniliklərin Azərbaycanın aqrar sektorunda tətbiqi imkanlarını müzakirə edib. Eyni zamanda, xarici tərəfdaşlara Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən aqrar siyasət, ölkədə biznes üçün yaradılan imkanlar haqqında ətraflı məlumat təqdim edib.

“4S” LLC-nin Azərbaycanda əsas tərəfdaşı olduğu, “Agritechnica-2019” sərgisinin innovativ həllər sahəsində “Claas” şirkəti 3 medala layiq görülüb.

Medallardan ikisini LEXION şirkətinin taxılyığan kombaynı qazanıb. Bu xüsusda təqdim edilən innovativ yenilik APS SYNFLOW WALKER müasir üyütmə və CEMOS AUTO CHOPPING avtomatik saman doğrayan sistemləri idi. Üçüncü medal isə mühərrikin gücü və hərəkət sürətliliyi nəzarət sistemi - CEMOS AUTO PERFORMANCE təqdim edən JAGUAR yemyığan kombaynına görə qazanılıb.

“Agritechnica-2019” Beynəlxalq Kənd Təsərrüfatı Texnika və Avadanlıqları sərgisində təqdim olunan yeniliklər bununla bitmir. Məsələn, CLAAS və John Deere şirkətlərinin müştərək istehsal etdikləri DataConnect sisteminin tətbiqi ilə bulud bazası birbaşa məlumat mübadiləsinə imkan verir. Layihə ümumaçıq istifadədəri və istənilən aqrotexniki avadanlıqlar istehsalçısı, proqram təminatı təchizatçısı, standatlaşdırma üzrə assosiasiya və komitələr sözügedən interfeysə qoşula və onun inkişafının iştirakçısı qismində çıxış edə bilərlər.

Avropa bazarları üçün nəzərdə tutulan innovativ həllər təqdim edilib. Bunların sırasında ARION və AXION traktorlarında CLAAS şirkətinin quraşdırdığı CEMOS sistemi yer alır. Bu sistem CMATIC sürət qutusuna malik, Avropa bazarlarında satışa çıxarılan texnika üçün nəzərdə tutulub.

“Agritechnica-2019” Beynəlxalq Kənd Təsərrüfatı Texnika və Avadanlıqları sərgisində CLAAS şirkətinin təqdim etdiyi yeni texnikalar sırasında yeni model XERION TRAC TS traktoru, iki yeni model TERRA TRAC: AXION 960 и 930 traktorları, eyni zamanda SCORPION teleskopik aparatlarının yenilənmiş model sırası və API yeni protokol məlumatları mübadiləsi sistemi də var idi.

Qeyd edək ki, sərgidə nümayişə çıxarılmış texnika və avanadanlıqlar aqrar sahənin intensiv metodlarla inkişafını, məhsuldarlıq göstəricilərinin yüksəldilməsini, ziyanverici və xəstəliklərdən mühafizə, su, enerji və digər təbii resurslara qənaət olunmasını ehtiva edir. Sərginin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, yaxın illərdə kənd təsərrüfatının texnoloji inkişaf meyllərini müəyyən edir, bu istiqamətdə axtarışları stimullaşdırır.

Mənbə: apa.az