İtaliya hökuməti "rəqəmsal vergi"nin tətbiqinin tərəfdarıdır

İtaliya hökuməti "rəqəmsal vergi"nin tətbiqinin tərəfdarıdır

İtaliyanın iqtisadiyyat nazirinin müavini Antonio Misiani bildirib ki, ABŞ-ın texnologiya şirkətləri də daxil olmaqla rəqəmsal şirkətlərə yeni bir vergi tətbiq olunması üçün hökumət öz planını davam etdirəcək: "Büdcə layihəsinin mətni artıq təsdiqlənib. Bunu dəyişdirmək planımız yoxdur".

İtaliyanın gələn ilə aid büdcə layihəsinə görə, nəhəng internet şirkətlərinə İtaliyada əldə etdikləri mənfəətin 3 faizi nisbətində vergi tətbiq ediləcək.

ABŞ Pprezidenti Donald Tramp bu verginin ABŞ-a məxsus "Google", "Amazon" və "Facebook" kimi böyük şirkətləri haqsız yerə hədəf aldığını bildirirərək tətbiq olunacağı təqdirdə öz dövlətinin də müvafiq addımlar atacağını bildirmişdi.

Beynəlxalq vergi standartlarını müəyyənləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2012-ci ildən bəri "Apple", "Google", "Amazon" və "Facebook" kimi nəhəng şirkətlərə vergi qoyulması istiqamətində iş aparır. Bundan əvvəl Fransa Milli Məclisinin qəbul etdiyi yeni qanuna əsasən, həmin şirkətlər bu ölkədə əldə etdikləri mənfəətin 3 faizi məbləğində vergi ödəməlidirlər.

Mənbə: vergiler.az