Naftalan MDB-nin kurort şəhərləri sırasında ilk üçlükdə

Naftalan MDB-nin kurort şəhərləri sırasında ilk üçlükdə

Belarusda Naroç gölü kurort ərazisi, Azərbaycanda Naftalan kurortu, Qazaxıstanda Burabaya kurortu, Ermənistanda Cermuk və Moldovada Kalaraş kurortu MDB ölkələri 2019-payız reytinqində beşliyə daxil olub

"Turstat" turizm portalı 2019-cu ilin payızında MDB ölkələrinin sağlamlıq və müalicəvi istirahət üçün nəzərdə tutulmuş kurortlarının reytinqini tərtib edib.

Sputnik Azərbaycan turizm portalının istinadla xəbər verir ki, MDB ölkələri arasında Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan və Moldova ən populyar ölkələr olub.

Reytinq, MDB ölkələrinin iqlim və müalicəvi kurortlarının populyarlıq nəticələrinin təhlili əsasında hazırlanıb.

Müalicəvi istirahət üçün ən yaxşı dövr payız və yaz mövsümüdür.

Belarusda Naroç gölü kurort ərazisi, Azərbaycanda Naftalan kurortu, Qazaxıstanda Burabaya kurortu, Ermənistanda Cermuk və Moldovada Kalaraş kurortu MDB ölkələri 2019-payız reytinqində beşliyə daxil olub.

"Turstat"-ın məlumatına görə, turistlər MDB-nin kurort ölkələrində 10-14 gün istirahət edirlər.

Qiymətlərə gəlincə isə ən ucuz gecələmə yeri, qidalanma, müalicə orta hesabla Belarusda 3 min rubl (80 manat), Azərbaycan, Qazaxıstan, Moldova və Ermənistanda isə 3500 rubla (93.70 manat) başa gəlir.

Mənbə: sputnik.az