Lari kəskin ucuzlaşdı: Baş nazir təşvişə düşdü

Lari kəskin ucuzlaşdı: Baş nazir təşvişə düşdü

Gürcü larisi tarixi minimuma enib.

Axar.az xəbər verir ki, hazırda bir dollar 2,9776 lariyə bərabərdir.

Larinin kəskin ucuzlaşması səbəbindən Baş nazir Georgi Qaxariya Milli Banka müraciət ünvanlayıb. O, Milli Bankın əlindəki bütün vasitələrdən larinin kursunun stabilləşməsi üçün istifadə etməsi gərəkdiyini bildirib.

Qeyd edək ki, Gürcüstanda illik inflyasiya səviyyəsi oktyabrda proqnozlaşdırılan 3% yerinə 6,9% təşkil edib. Ərzaq məhsullarının qiymətində isə 13,5% artım qeydə alınıb.

Son altı ayda lari dollara nisbətdə 10% ucuzlaşıb.

Mənbə: axar.az