“AzerGold” ABŞ şirkətindən 2,1 milyon manatlıq məsləhət alacaq

“AzerGold” ABŞ şirkətindən 2,1 milyon manatlıq məsləhət alacaq

“AzerGold” QSC-nin orta və uzunmüddətli strateji planının hazırlanması üçün məsləhət xidmət alacaq.

“Report” xəbər verir ki, dövlət şirkətinin bununla bağlı elan etdiyi açıq tenderin qalibi ABŞ-ın “Boston Consulting Group” şirkətinin Azərbaycandakı nümayəndəliyi olub.

Qalib şirkətə 2 106 300 ödəniləcək. Xatırladaq ki, sözügedən nümayəndəlik bu ilin mart ayında fəaliyyətə başlayıb.

 

Mənbə: report.az