Azərbaycanda sahibkarlar üçün ən böyük – MANEƏLƏR AÇIQLANIB

Azərbaycanda sahibkarlar üçün ən böyük – MANEƏLƏR AÇIQLANIB

Azərbaycanda şirkətlər istehsal fəaliyyətinin artmasına ən çox hansı amillərin mane olduğunu bildiriblər.

FED.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiya (ASK)-nın apardığı sorğu zamanı «Şirkətinizin istehsal fəaliyyətinin artmasını ən çox hansı amil məhdudlaşdırır?» sualına sahibkarların 43%-i maliyyəyə çıxışın çətin olduğunu bildiriblər. 14% xammala çıxışın, 8% kadrların çətişmazlığını, 4% isə qanunları göstərib. Sahibkarların 31%-i bu suala «Bilmirəm» cavabını verib.

Həmçinin «Şirkətinizin gələcək 12 ay ərzində gəlirlərinin artacağını gözləyirsinizmi?» sualına sahibkarların 59%-i «mümkündür» cavabını verib. 11% «çox ehtimal ki», 10% «bilmirəm», 2% «ehtimal yoxdur», 18% «ehtimalı azdır» cavabını verib.

Mənbə: fed.az