Dollar yenidən ucuzlaşır – Səbəblər

Dollar yenidən ucuzlaşır – Səbəblər

21 noyabr, Fineko/abc.az. ABŞ dollarının yenidən ucuzlaşması tendensiyası müşahidə olunmaqdadır.

ABC.AZ xəbər verir ki, ekspertlər bunu ABŞ-la Çin arasındakı siyasi münasibətlərindən qaynaqlanması ilə izah edir.

Belə ki ABŞ-da Vaşinqtonla Pekin arasındakı münasibətlərə mənfi təsir edə biləcək qanun layihəsinin qəbul edilməsi dolların aparıcı valyutalara nisbətən qiymətlərinə qarşı təzyiqləri daha da artırıb. Bu səbəbdən hazırda Avro-dollar məzənnəsi 1.11-ə qədər bahalaşıb. Proqnozlara görə, belə gedərsə avro dollar qarşısında daha da bahalaşacaq.

Müəllif: Elmir Murad

Mənbə: abc.az