KOB-lar satış, marketinq və satışdan sonrakı xidmətlər barədə məlumatlandırılıb

KOB-lar satış, marketinq və satışdan sonrakı xidmətlər barədə məlumatlandırılıb

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə startap, sahibkar və menecerlər üçün “Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları “Business CheckUp” şirkətinin əməkdaşı tərəfindən marketinq konsepsiyası, bazar araşdırmaları, hədəf seqmentlərin seçilməsi, məhsul, qiymət, satış və tanıtım, satışdan sonra göstərilən xidmətlər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: azertag.az