“StartupFest 2019” çərçivəsində “Startup Grind” Ganja tədbiri təşkil olunub

“StartupFest 2019” çərçivəsində “Startup Grind” Ganja tədbiri təşkil olunub

Festivalın ilk günü keçirilən növbəti tədbir “Startup Grind” Ganja olub. Tədbirin spikerləri “Healwith” layihəsinin rəhbəri Elviz İsmayılov, “Green doctor” layihəsinin rəhbəri Fərrux Rəhimov və “Antivarroa” layihəsinin rəhbəri Rəşad İsgəndərov “AgTech” mövzusunda çıxış ediblər.

“Startup Grind” müxtəlif startapları, sahibkarları birləşdirən, maarifləndirən və ruhlandıran ən böyük müstəqil startap cəmiyyətidir.

Dünyada 600-dən çox şəhəri, 2 milyondan çox sahibkarı əhatə edən “Startup Grind” tədbirlər silsiləsinin Gəncə şəhərində keçirilməsi üçün ötən ay rəsmi lisenziya alınıb.

Mənbə: techland.az